Bu gün Azərbaycanda 35 min dozaya yaxın peyvənd vurulub

Dekabrın 14-də Azərbaycanda 34 min 799 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 359, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 153 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 287 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 928 min 879, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 124 min 934, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 622 min 381 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 181 min 564 nəfər təşkil edir.

ƏvvəlkiKoronavirusun “Omikron” ştamı 77 ölkədə tapılıb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 922 yoluxma faktı qeydə alınıb