Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Daha əvvəl Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyiilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirildi.

ƏvvəlkiPrezident İlham Əliyev: “Azərbaycanda sığorta sahəsində boşluqlar var”
NövbətiAtəşkəs rejimi 21 dəfə pozulub