Bu gün Azərbaycanda koronavirusa qarşı 64 minə yaxın vaksin vurulub

Avqustun 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 63 min 623 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 39 min 940, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 23 min 683 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 251 min 51-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 53 min 560, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 197 min 491 nəfərdir.