Bu gün AVRO-2020-nin Bakıda ikinci oyunu keçiriləcək

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək.

Trend-in məlumatına görə, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun 3 matçının Bakıda keçirilməsi nəzərdə tutulub.

İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

ƏvvəlkiQarabağda həbs edilən erməni cinayətkarlarının məhkəməsi davam etdirilir
NövbətiTəhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında abituriyentlər üçün “Dərs vaxtı” başlayır