Bu gün Abşeron rayonunda elektrik enerjisi kəsiləcək

Bu gün Abşeron rayonunun 28 May qəsəbəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisi olan həmin qəsəbənin elektrik verilişi xətlərində aparılacaq yenidənqurma işləridir.

ƏvvəlkiBakıda cins it oğurlanıb
NövbətiNazirlik rəsmisi: “Badamdar sürüşmə ərazisində heç bir aktivlik müşahidə olunmur”