Bu günədək xüsusi karantin rejiminin pozulmasına görə 13 min 227 hərəkət iştirakçısı cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 10-u saat 00:00-dan aprelin 11-i saat 00:00-dək olan müddət ərzində yol polisi əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumatı açıqlayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 min 227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

ƏvvəlkiTürkiyədə komendant saatı tətbiq edildi
NövbətiSahibkarlar yardım almaq üşün müraciət edə biləcəklər