BTQ ilə konteyner daşımaları 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə 1 260 TEU konteyneri daşınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 371,9% və yaxud4,7 dəfə çoxdur.

“BTQ ilə Türkiyədən Çinə ixrac qatarının hərəkət etməsi görünməmiş hadisədir, belə ki, bu günə qədər orta dəhliz ilə yüklər Çindən Avropaya nəql olunub”, – nazirlikdən qeyd olunub.

Xatırladaq ki, dekabrın 4-dən İstanbuldan yola salınan qatar ötən gün axşam saatlarında Gürcüstana çatıb. Türkiyə istehsalı olan məişət texnikası ilə yüklənmiş 42 konteyner 12 gün ərzində Çinə çatmalıdır.