BŞİH əməkdaşları Şıx çimərliyində şlaqbaumları götürüb, sahibkarlara xəbərdarlıq edilib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.

Türk.az xəbər verir ki, Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.

Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.

Əvvəlki“Minsk 2019”: Azərbaycanın daha 2 qadın güləşçisi yarımfinala vəsiqə qazanıb – YENİLƏNİB
NövbətiAzərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası: “Hazırda gilas Rusiyaya ixrac edilir”