British Airways şirkətinin müştərilərinin bank kart məlumatları oğurlandı

Naməum şəxslər British Airways şirkətinin saytından bilet alan müştərilərə məxsus bank kartlarını oğurlayıblar.

Türk.az şirkətin yaydığı xəbərdarlığa istinadən xəbər verir ki, bu ilin 21 avqustundan sentyabrın 5-nə kimi British Airways-a məxsus ba.com saytından bilet alan insanların fərdi məlumatları hakerlər tərəfindən ələ keçirilmişdir. Şirkət bununla əlaqədar olaraq həmin müddətdə saytdan bilet almış insanları öz banklarına müraciət edərək bank kartlarını dəyişməyi tövsiyyə edir.