Britaniya Muzeyindən oğurlanan 2 min tarixi əsərin axtarışlarına başlanılıb

Britaniya Muzeyindən oğurlanan 2 min tarixi əsərin axtarışlarına başlanılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Londondakı Britaniya Muzeyinin rəhbəri Corc Obsorn bildirib.

Onun sözlərinə görə, dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan Britaniya Muzeyindən qızıl-zinət əşyaları və qiymətli daşlar da daxil olmaqla 2 minə yaxın əsər oğurlanıb.

“Bütün muzey kolleksiyası düzgün təsnif edilməyib. Nəyin oğurlandığını öyrənmək üçün məhkəmə-tibb ekspertizası aparılır. Artıq oğurlanmış əşyaların bir qisminin tapılmasına nail olmuşuq”, – muzey rəhbəri deyib.

ƏvvəlkiDünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
NövbətiHeydər Əliyev Fondu uşaqlar üçün əyləncə tədbirləri keçirib