Böyük itkilər verən Əsəd dünyaya yalvardı: Türkiyəni DAYANDIRIN

İdlibdə türk əsgərlərinin şəhid edilməsindən sonra Türkiyə Əsəd rejiminə ağır zərbələr endirməyə davam edir.

Türk.az xəbər verir ki, indiyə qədər Əsəd rejiminin 2 mindən çox əsgəri və 300-dən çox texnikası məhv edilib.

Türkiyə ordusunun qisas əməliyyatından qorxuya düşən Əsəd Avropa ölkələrindən kömək istəyib.

Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri Avropa ölkələrinin Türkiyəni dayandırmasının vacib olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasında danışan Cəfəri iddia edib ki, Türkiyə sülhsevər suriyalıları müharibəyə sürükləyir, NATO-nu özünün macəralarına alət edir və Avropa İttifaqına girişi asanlaşdırmaq üçün miqrantlardan istifadə edir. Avropa beynəlxalq hüquqa əməl etməli və öhdəliklərini yerinə yetirməlidir”.

Qeyd edək ki, Türkiyə ordusunun Əsəd rejiminə qarşı əməliyyatları davam edir.

Əvvəlkiİranda millət vəkili koronavirusa yoluxaraq ölüb
Növbəti“Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaradılıb