Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi” layihəsinin həyata keçirilməsinə start verib.
AMİA xəbər verir ki, layihə çərçivəsində insan alveri ilə mübarizə üzrə Ucar, Göyçay, Ağdaş, Qəbələ, Zaqatala rayonlarında maarifləndirici tədbirlər keçiriləcək və potensial qurbanların ən çox rast gəlindiyi yerlərdə maarifləndirici vəsaitlər paylanılacaqdır.

ƏvvəlkiBaş Prokurorluq açıqlama yayıb
NövbətiErmənistan atəşkəs rejimini 26 dəfə pozub