“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı layihə uğurla icra olunur – QHT

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı layihəsinin icra planına uyğun Zakatala və Qəbələ rayonlarında maarifləndirmə tədbiri keçirdi. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, bələdiyyələrin nümayəndələri, mədəniyyət işçiləri, təhsil işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar və ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər, icma üzvləri, iştirak edirdi. Tədbirdə layihə rəhbəri Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verdi, daha sonra təşkilatın hüquqşünası Afaq İsmayılova iştirakçılara İnsan alveri və onunla mübarizə yolları, insan alveri ilə məşğul olan şəxslərin insaları necə təhrik etmələri və bu halla rastlaşdıqda hansı qurumlara müraciət etmələri barədə məlumat verdi. Daha sonra bu sahədə hazırlanmış film nümayiş etdirildi. Tədbirin sonunda iştirakçılardan hazırlanmış könüllülər rayonun potensial qurbanların ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanmış İnsan alveri ilə bağlı maarifləndirici nəşrlər və bukletlər payladılar.