BMU-da Beynəlxalq Proqramlaşdırma müsabiqəsi keçirilib

Bakı Mühəndislik Universitetində “43-cü ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin növbəti 1/4 final mərhələsi keçirilib. Bu il müsabiqədə 17 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov müsabiqə iştirakçılarını salamlayıb və iştirakçılara uğurlar arzulayıb. İT sahəsinin dünyanın, eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışıb. Bakı Mühəndislik Universitetində İT sahəsi üçün yüksək səviyyəli müasir laborotoriyalar və kadr potensialının olduğunu diqqətə çatdıran rektor universitetin maddi-texniki bazası beynəlxalq müsabiqələrin keçirilməsi üçün lazım olan tələblərə cavab verdiyini və bu da müsabiqənin təşkilatçıları tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.

Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə tədbir iştirakçılarına müsabiqənin tarixi və keçirilmə qaydası ilə əlaqəli məlumat verib.
Qeyd etək ki, Müsabiqə 3 mərhələdə keçirilir. Birinci mərhələ (1/4 mərhələsi) hər ölkə daxilində keçirilir. Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Müsabiqədə müvəffəqiyyət qazanan komandalar Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “43-cü ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmə hüququ əldə edəcəklər.
Ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir. Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Bu müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra İnformasiya Texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən iş təklifi alırlar.

ƏvvəlkiMoskvada hoteldə yanğın baş verib
NövbətiProdüser Təranə Səmədova həbs edildi