BMT Soçidə Ərdoğanla Putin arasındakı görüşün nəticələrinə ümid bəsləyir

“Türkiyə və Rusiya prezidentləri arasında Qara dəniz taxıl sazişinin yenidən canlandırılması üçün Soçidə baş tutan görüşün nəticələrinə ümid bəsləyirik”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında deyib.

Sözçü Türkiyənin səylərinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: “Biz Türkiyənin səylərini alqışlayırıq. Görüşün nəticələri ilə bağlı hələ ki məlumat əldə etməmişik. Sazişin bərpası üçün BMT üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışır”.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna və Rusiya taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatsa da, Rusiya rəsmiləri sazişin uzadılmasını təsdiqləməyiblər. Russia Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsinin fəaliyyət müddətinin uzadılması üçün BMT-dən şərtlərinin yerinə gətirilməsini tələb edib və BMT-yə 90 gün vaxt verib.

ƏvvəlkiƏrdoğan Putinlə görüşü məhsuldar adlandırıb
NövbətiTanzaniyada 5,2 bal gücündə zəlzələ baş verib