BMT Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnamə qəbul edib

BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib.

Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Müvafiq qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib.

BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb.

Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.

ƏvvəlkiBakı bulvarında dənizə düşən şəxs xilas edilib
NövbətiDövlət Turizm Agentliyi 2022-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir