BMT baş katibi Qarabağla bağlı dünya ölkələrinə müraciət ünvanladı

BMT baş katibi Antoniu Quterreş regional və beynəlxalq qüvvələri Azərbaycan-Ermənistan münaqişə zonasında atəşin təcili dayandırılmasına nail olmaq üçün kömək etməyə çağırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

Stefan Dyujarrikin sözlərinə görə, baş katib beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən eskalasiyanı pisləyir. O, yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatdır.

ƏvvəlkiAprel döyüşlərinin qəhrəmanı düşmən texnikasını məhv etməkdə davam edir
NövbətiBişkekdə etirazçılar meriya binasını ələ keçirdilər, yaralıların sayı artıb