Birincilərdən ilkə imza – Onlayn “Əlifba bayramı”

Əlifba bayramı hər bir uşağın həyatında əlamətdar bir hadisədir. Azyaşlılar bu günü böyük sevinc və həyəcanla gözləyirlər. Lakin bu il məktəblilər öz arzularını bir qədər fərqli şəkildə reallaşdırmaq məcburiyyətində qaldılar. Belə ki, karonavirus pandemiyası ilə əlaqədar olaraq respublikamızda ilk dəfə onlayn əlifba bayramı keçirilib.

Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbin 1 sinfinin sinif rəhbəri Şəfəq Ramazanova və valideyinlərin birgə təşkilatcılığı ilə ilkə imza atılıb. Şagirdlər bu dönəmdə evdə qalmalarına baxmayaraq müəllimlərinin sayəsində əlifba bayramını yadda qalan şəkildə keçiriblər.

Birincilər bilik və bacarıqlarını nümayiş etdirərək şeir, mahnı, rəqs və kiçik səhnəciklər canlandırıblar. Şagirdlərin hər bir çıxışı müəllimləri tərəfindən maraqla qarşılanıb. Birinci sinifi başa vuran şagirdlər bu addımla belə bir çətin gündə öz yaşıdlarına stimul veriblər. Bütün bu məqamları anbaan lentə alan valideyinlər isə şagirdlər üçün maraqlı videoçarx ərsəyə gətiriblər. Beləliklə onlayn keçirilən əlifba bayramı xüsusi rəngarəngliyi ilə diqqəti cəlb edib.

ƏvvəlkiVideokofrans “Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili”nə həsr edilib
Növbəti“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü