Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə rəsmi “İnstagram” səhifəsində Azərbaycan xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda qeyd edilir: “9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy, üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!

Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!”.

ƏvvəlkiAzərbaycan samboçusu dünya çempionatında bürünc medal qazanıb
NövbətiTürkiyənin tanınmış şəxsləri Azərbaycan xalqını təbrik ediblər