Birinci rübdə istehlakçılara 514 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb

Yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 514,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2020-ci ilin eyni ayları ilə müqayisədə 9,2 faiz azdır.

Üç ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

 

ƏvvəlkiMövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına münasibət bildirib
NövbətiAzərbaycan-Belarus sənədləri imzalanıb