Beynəlxalq Telekommunikasiya İttifaqı: Gələn ildən 5G texnologiyası bütün dünyada tətbiq ediləcək

“Biz artıq 5G texnologiyası üzrə standartları qəbul etmişik”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haoulin Zao deyib.

O bildirib ki, gələn ildən 5G bütün dünyada tətbiq ediləcək: “Hazırda bir neçə ölkədə 5G sınaq rejimində tətbiq edilir. Həmin ölkələrdən biri də Azərbaycandır. Düşünürəm ki, 2020-ci ilin iyun ayından bu texnologiyanın müqavilə əsasında bütün dünyada tətbiqinə başlanılacaq”.

ƏvvəlkiKonstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna dekabrın 4-də baxacaq
NövbətiMilli Məclisin plenar iclası keçirilir – YENİLƏNİB