Beynəlxalq səyahətçilər Şuşanın inzibati binasında olublar

Şuşaya səfərləri çərçivəsində 12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu şəhərin xüsusi nümayəndəliyinin inzibati binasında olublar.

“Report”un səyahətçilər qrupunu müşayiət edən müxbirinin verdiyi məlumata görə, onlar Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfər çərçivəsində bölgədədirlər.

Turistlərə şəhərin abidələri, xüsusən də görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, Azərbaycan şairəsi Xurşidbanu Natəvan, eləcə də opera müğənnisi Bülbül haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, səyyahlara 19-cu əsrdə Xurşidbanu Natəvanın göstərişi ilə tikilmiş bulaq da nümayiş etdirilib.

ƏvvəlkiQərbi Azərbaycan İcmasında Türkiyə parlamentinin deputatları ilə görüş keçirilib
NövbətiTelekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub