“Beynəlxalq Ordu Oyunları – 2020”nin planlaşdırılması üzrə videokonfrans keçirilib

İyunun 18-də Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edib.

Yarışlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin videoəlaqə vasitəsilə keçirilən onlayn konfransda beynəlxalq oyunların yarışların şərtləri və qaydaları və hazırlıq məsələləri müzakirə olunub.

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının bu il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

ƏvvəlkiAtəşkəs rejimi 22 dəfə pozulub
Növbəti“Azərbaycan Beynəlxalq Bankı” IFC ilə yeni saziş imzalayıb