Beynəlxalq Bankın əməkdaşı Günay Cəlili iş yoldaşı tərəfindən vəhşicəsinə qətlə yetirilib – DƏHŞƏT

Daha bir vəhşilik,Göygöldə bank işçisi qətlə yetirilib.

Türk.az-ın verdiyi məlumata görə, rayonun Üçtəpə kəndində yaşayan, Beynəlxalq Bankın Gəncə fililanın aparıcı mütəxəssisi Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazından bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, G.Cəlilini həyat yoldaşı 10 il əvvəl dünyasın dəyişib. O, atası və iki övladı (bir qız bir oğlan) ilə birgə yaşayırmış. Qətl baş verən ötən gecə isə qadının bibisi onların evində olub.

Məlumata görə qətli, qadının iş yoldaşı, Beynəlxalq Bankın Gəncə fililaında mühafizəçi işləyən 28 yaşlı Orxan Məmmədov törədib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

ƏvvəlkiKəlbəcərli tələbələrlə görüş keçirilib – FOTOLAR
NövbətiBakı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi