Beş ölkənin XİN başçısının Bakı görüşü başladı

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayıb.

“Report” xəbər verir ki, iclasa Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sədrlik edir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

Nazirin sözlərinə görə, dünən təşkilatın, onun strukturlarının bundan sonrakı fəaliyyəti, eləcə də həm təşkilat daxilində, həm də Vişeqrad qrupu, ASEAN və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

Bundan əlavə, Türkiyədə keçiriləcək Türkdilli dövlətlərin VIII sammitinə hazırlıq məsələləri müzakirə olunub.