Berat Albayrak: “Türkiyə tam iqtisadi müstəqilliyə doğru addım atdı”

“Türkiyə Qara dənizdə kəşf edilən 320 milyard kubmetrlik təbii qaz yatağı ilə iqtisadi baxımdan tam müstəqillik qazanmaq imkanı əldə edib”.

“Report” “İnternethaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak bildirib.

Nazir sözügedən kəşf sayəsində ölkənin iqtisadi gündəmində cari kəsir mövzusu əvəzinə, cari qalığın bərqərar olacağını deyib: “Qələbə ayındayıq və bu gün də böyük bir qələbəyə imza atdıq. Türkiyə enerji və iqtisadiyyat baxımdan tam müstəqilliyə doğru addım atdı. Bu gün buradakı potensialla artıq yeni bir dövrə qədəm basırıq”.

ƏvvəlkiTƏBİB karantin rejimində keçirilən toylar barədə açıqlama verdi
NövbətiÜmumdünya Şahmat Olimpiadası: Millimiz maksimum nəticə ilə başladı