Belarusa yeni xarici işlər naziri təyin olunub

Sergey Aleynik Belarusun yeni xarici işlər naziri təyin olunub.

“Report” xəbər verir ki, məlumatı BelTA yayıb.

Bildirilib ki, o, bundan əvvəl Belarus xarici işlər nazirinin birinci müavini işləyib.

Qeyd edək ki, Sergey Fyodoroviç Aleynik 1965-ci il yanvarın 28-də Minskdə anadan olub.

2009-2013-cü illərdə xarici işlər nazirinin müavini, 2013-2020-ci illərdə ölkəsinin Böyük Britaniyadakı səfiri, 2020-2022-ci illərdə yenidən xarici işlər nazirinin müavini vəzifələrində işləyib.

2022-ci ilin fevralında Belarus XİN başçısının birinci müavini təyin olunub.

Xatırladaq ki, A.Aleynik xarici işlər naziri vəzifəsində bu il noyabrın 26-da vəfat etmiş Vladimir Makeyi əvəzləyib.

ƏvvəlkiDövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Növbətiİsveçrə ilə iqtisadi əlaqələr daha da gücləndirilir