Belarus Azərbaycan ilə kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı möhkəmləndirir

“Belarus kibercinayətkarlıqla mübarizə və kibercinayətkarlığın profilaktikası sahəsində Azərbaycan ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Belarus İstintaq Komitəsinin rəhbəri Dmitri Qora bildirib.

“Hazırda cinayətkarlıq beynəlxalq xarakter alır. İlk növbədə bizi sərhəd tanımayan kibercinayətkarlıq – yüksək texnologiyalar sahəsində cinayətlər narahat edir. Məhz bu sahədə əməkdaşlıq edəcəyik və gələcək qarşılıq fəaliyyətimizi bu istiqamətdə inkişaf etdirəcəyik”, – o deyib.

Onun sözlərinə görə, Azərbaycanın Baş Prokururluğu ilə ümumilikdə, həm də ayrı-ayrı cinayət işlərinin istintaqında əməkdaşlığı möhkəmləndirmək perspektivləri mövcuddur.

ƏvvəlkiXİN Azərbaycan xalqını təbrik edib
NövbətiDövlət xətti ilə kirayə verilən mənzillərin sayı 1141 olub