Batma təhlükəsi ilə üzləşən biri uşaq olmaqla 4 nəfər xilas olunub

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Qızılqum” və “Sabirabad” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1-i uşaq olmaqla 4 nəfər xilas edilib”, – məlumatda qeyd edilib.

Əvvəlkiİcbari tibbi sığortanın xidmətlər zərfinə yeni tibbi xidmətlər əlavə olunub
NövbətiNigeriyada Fransa əleyhinə etiraz: “Nigerə qarşı müharibə ədalətsizdir!”