Baş Nazirin müavini: “İcbari tibbi sığorta paketində plastik əməliyyatlar olmayacaq”

“İcbari tibbi sığortanın xidmətlər paketində hansı xidmətlərin göstəriləcəyi qeyd olunub. İcbari tibbi sığorta üzrə səhiyyə xidmətləri əhəmiyyətli dərəcədə genişləndiriləcək”.

Türk.azın xəbərinə görə, bunu Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, xidmətin baza zərfinə daxil olan xidmətlərdən bütün vətəndaşlar yararlana biləcək: “Elə xidmətlər var ki, onlar icbari tibbi sığortada nəzərdə tutulmur. Məsələn, plastik əməliyyatlar… Hesab edirəm ki, icbari tibbi sığorta əhəmiyyətli sosial layihədir”.

ƏvvəlkiABŞ bütün diplomatlarını İraqdan çıxarır
NövbətiBakıda “Səbiş” ləqəbli narkotacir saxlanılıb