Baş nazir Əli Əsədov BP-nin vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 20-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, BP tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin önəmi qeyd edilib.

İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşasına dair BP şirkəti ilə birgə aparılan işlər nəzərdən keçirilib.

ƏvvəlkiHavanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək
NövbətiTürkiyədə ağır yol qəzasında 10-u polis olmaqla 11 nəfər xəsarət alıb