“Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edilib

Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib.

“Report” xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var. Yeni əlavə olunanlar aşağıdakılardır:

– Aydınlanma sənəti: Təzhib/Tazhib;

– İftar və onun sosial-mədəni ənənələri;

– Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti;

– Sədəf düzmə sənətkarlığı.

ƏvvəlkiPrezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edir
NövbətiPrezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib