“Baku Steel Company” şirkətinin rəhbəri barədə 4 ay həbs qərarı verildi

Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Trend-in məlumatına görə, məhkəmə vəsatəti təmin edib və R.Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

ƏvvəlkiMüddətli həqiqi hərbi xidmətə yanvar çağırışı yekunlaşıb
NövbətiTeledərslərin fevralın 2-nə olan cədvəli açıqlanıb