Bakının mərkəzində binanın eyvanı uçdu – Foto

    Bakının mərkəzində binanın eyvanı uçulub.

    Turk.az-in məlumatına görə, hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.

    Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb.

    Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.

    ƏvvəlkiAzərbaycanda Ümumdünya Telekommunikasiya Və İnformasiya Cəmiyyəti Günü Geniş Qeyd Olunur
    NövbətiEtiraz Qüdsə görə deyildi