Bakıdan Salonikiyə birbaşa aviareys açılacaq

Bakıdan Salonikiyə birbaşa aviareys açılacaq.

AZƏRTAC Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, “Mouzenidis Group”a məxsus “Ellinair” hava yolları cari ilin yay aylarında Salonikidən Bakıya birbaşa aviareys açmaq niyyətindədir. Şirkət hazırda bununla bağlı danışıqlar aparır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ellinair” aviaşirkəti bu il iyunun 15-i və sentyabrın 1-i tarixləri arasında çərşənbə axşamları “A319” tipli hava gəmisində Saloniki–Bakı–Saloniki (“Makedoniya” hava limanı) marşrutu üzrə 12 reys yerinə yetirməyi planlaşdırır.

Aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu göndərib. Sorğu Bakı aeroportu tərəfindən nəzərdən keçirilib və təsdiqlənib.

ƏvvəlkiABŞ Suriyada Əsədə sadiq qüvvələrin mövqelərini bombalayıb
NövbətiKürdəmirdə məktəb tikintisinə 2 milyon manat ayrılıb