Bakıda “Yüngül cinayətlər” restoranında yanğın olub

Bakıda restoranda yanğın başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşən “Yüngül cinayətlər” restoranında qeydə alınıb.

Belə ki, restoranın mətbəxindəki elektrik naqillərində tüstülənmə baş verib.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Bakıda “Yüngül cinayətlər” restoranında baş verən yanğının qarşısı alınıb.

ƏvvəlkiKonyada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub
NövbətiAZAL pandemiyadan sonra ilk dəfə Dehlidən Bakıya birbaşa uçuş həyata keçirib