Bakıda TÜRKPA-nın komissiya iclası keçirilib

Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib.

“Report” xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, həmçinin TÜRKPA-nın nümayəndələri iştirak ediblər.

İclasda “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiya iclasının hesabat məruzəsinin layihəsi, “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiya iclasının tövsiyə qərarlarının layihəsi, “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsi müzakirə edilib.

Sonda komissiyanın 9-cu iclasının Qazaxıstanda keçirilməsi qərarlaşdırılıb.

ƏvvəlkiÖzbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub
NövbətiAZAL 8 mart münasibətilə bir sıra istiqamətlər üzrə aviabiletlərə güzəşt elan edib