Bakıda “Tır” minik avtomobilini vuraraq yoldan kənara atıb – VİDEO

Bakıda yük və minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, qoşqusuz “Tır” heç bir dönmə əməliyyatından istifadə etmədən yolun sağ hissəsində eyni istiqamətdə hərəkət edən “Mercedes” markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsirindən minik avtomobili idarəetmədən çıxıb, yolun kənarındakı bardyürə çırpılıb və daha sonra ağaca dəyərək dayanıb. Yük avtomobili isə yoluna davam edib.

Qeyd edək ki, görüntüləri “Facebook”da “Dj.Turalla AvtoStop” səhifəsi paylaşıb.

ƏvvəlkiAzərbaycanla Cənubi Koreya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
NövbətiArvadını 18 bıçaq zərbəsi ilə öldürən şəxsin məhkəmə istintaqı başa çatıb