Bakıda saxta əskinas satmaq istəyən şəxslər saxlanıldı

Bakıda saxta əskinas satmaq istəyən şəxslər tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əskinası (2 400 manat) şərti alıcıya satarkən saxlanılıblar.

ƏvvəlkiTürkiyə “Lapis Lazuli” marşrutu haqqında sazişi təsdiqlədi
Növbəti“AzərEnerji” və “Azərişıq” ASC-lərdə qanvermə aksiyası keçirilib