Bakıda Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın iclası keçirilib

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası bu gün Bakıda keçirilib.

Türk.az xəbər verir ki, iclas Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.

Görüş əsasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul ediblər.

İclasın nəticələrini əks etdirən Protokola uyğun olaraq, Birgə Komissiyanın işçi qrupu tərəfindən cari ilin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.

Birgə Komissiyanın növbəti iclasının Rusiyada keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, öncəki iclas yazda keçirilmişdi.