Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib

Sabahdan başlayaraq dekabrın 7-nə qədər Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (“Bakutel – 2018”) çərçivəsində Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib.

“Report” xəbər verir, iclasda RRB Rabitə Administrasiyası nümayəndə heyətinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) builki Səlahiyyətli Konfransında fəaliyyəti ilə bağlı yekunlar, eləcə də RRB İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə fəaliyyəti kimi əsas məsələlər müzakirə edilib.

İclasa RRB Şurası və Koordinasiya Şurasının sədri, Rusiyanın qəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov sədrlik edib.

Daha sonra Azərbaycan nəqliyyat, rabitə və yüksək yrxnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O, Bakıda keçirilən növbədənkənar iclası dəstəklədiklərinə görə, üzv ölkələrə təşəkkür edib.

Tədbirdə RRB-nin tamhüquqlu üzvləri olan Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan, RRB-nin müşahidəçiləri Latviya və Sloveniya rabitə administrasiyalarının, “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının, eləcə də “Eutelsat” Beynəlxalq Peyk Təşkilatının və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə nümayəndə heyətləri iştirak edib.

ƏvvəlkiKüveytdə Ərəb Xəbər Agentlikləri Təşkilatı Baş Assambleyasının 46-cı konfransı keçirilib
Növbətiİlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib