Bakıda polis qəzada xəsarət alıb

Türk.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Bundan sonra “Range Rover” səkiyə aşıb.

Qəzadan sonra “Range Rover”in sürücüsü hadisə yerindən yayınıb. “Opel”də olan polis əməkdaşı xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəlib.

ƏvvəlkiBeynəlxalq səyahətçilər Füzulidə mina partlayışını izlədilər
NövbətiBöyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib