Bakıda ötən ay avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakıda ötən ay avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Türk.az-ın xəbərinə görə, hadisə oktyabrın 23-dən 24-nə keçən gecə paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazsində baş verib.

Belə ki, həmin qəsəbədə yaşayan E.Vəliyevə məxsus “VAZ-2107” markalı avtomobilin 4 ədəd təkəri, şüşələri və maqintafonu oğurlanıb.

Daha sonra E.Vəliyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdaərsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Ağazadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiGürcüstanda seçki sistemi ilə bağlı referendum keçirilməsi təklif olunub
NövbətiBişkekdə korrupsiyaya qarşı mitinq başlayıb – VİDEO