Bakıda Nuru Paşa ilə bağlı anım tədibiri keçirilir

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi tərəfindən Qafqaz İslam Ordusunun komandanı, “Bakının xilaskarı” Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, media təmsilçiləri iştirak edirlər.

Qeyd edək ki, Nuru Paşa 1890-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olub. İstanbulda böyüyüb və orada ilk hərbi təhsilini alıb. Azərbaycanda göstərdiyi çox dəyərli xidmətlərinə görə Nuruya həm Azərbaycanda, həm də Türkiyədə “paşa” deyə müraciət ediblər. Elə bu gün də o, həm Azərbaycanda, həm də Türkiyədə paşa kimi xatırlanır və elə bu ad altında da ortaq tariximizin səhifələrində əbədi həkk olunub. Nuru Paşa 1949-cu il mart ayının 2-də sahibi olduğu Sütlücə hərbi fabrikində baş vermiş partlayış nəticəsində həlak olub. Partlayış kapsulların saxlandığı otaqda texniki normalara əməl edilməməsi nəticəsində baş verib.

ƏvvəlkiAzərbaycan boksçusu İtaliyada lisenziya turnirinə qələbə ilə start verib
NövbətiAğdamda baş vermiş mina partlayışı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır