Bakıda nazirliyin binasında tüstülənmə olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin binasının dam örtüyündə tüstülənmə baş verib.

Nazirlikdən “Report”a bildirilib ki, buna səbəb olaraq elektrik naqillərindəki qısaqapanma ehtimal edilir.

“Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində tüstülənmənin qarşısı alınıb”, – məlumatda qeyd olunub.

ƏvvəlkiQHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Qrant Siyasəti” sənədi ilə bağlı ictimai müzakirələr aparılacaq
NövbətiCeyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb