Bakıda minik avtomobili yük maşını ilə toqquşub, 3 nəfər ölüb

Bakıda ağır yol qəzası olub.

APA-nın məlumatına görə, paytaxtın Qaradağ rayonu ərazisində, Sahil yolunda “Kamaz”markalı yük maşını “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiLiseylərin V sinfinə qəbul üzrə elektron qeydiyyat başlanıb
NövbətiElnarə Rzayevanın pis günə qoyduğu daha bir qadın: ”Dedi heç kimdən qorxmuram”