Bakıda maska taxmaqdan imtina edən sərnişin sürücünü döydü

Karantin qaydalarına görə, ictimai nəqliyyatda tibbi maskadan istifadə mütləq şərtlərdən biri olsa da, bəzən vətəndaşlar bu tələbə əməl etməkdən boyun qaçırırlar.

Belə hadisələrdən biri də bu gün 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib. Belə ki, həmin avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Lakin sərnişin buna əməl etməkdən boyun qaçırıb. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.

Artıq sərnişinin şəxsiyyətinin müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub.

Hadisənin videoyazısını təqdim edirik:

https://www.facebook.com/100014398756180/videos/903077920182158/?extid=4BW13ImWl1TlhEkA

ƏvvəlkiBulvarda özünü dənizə atan gənc qız xilas edildi
Növbəti“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib