Bakıda itkin düşmüş 44 yaşlı qadını polis evə qaytarıb

Bakıda itkin düşmüş 44 yaşlı qadın evə qayıdıb.

Türk.az-ın xəbərinə görə, hadisə noyabrın 1-də paytaxtın Yasamal rayonunun A.Abbasov küçəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü K.Babayeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində K.Babayevanın yaşadığı ünvana qayıtması təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiDağlıq Qarabağda erməni hərbçisi intihar edib
Növbəti“Azərbaycanın dəmir yollarının səmərəliliyinə görə MDB-də lider olması təbiidir” – ŞƏRH