Bakıda dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

Bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”də baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə əlamətləri ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub. Bu gün 8 nəfərin hər biri evə buraxılıb.

ƏvvəlkiHeydər Əliyev Mərkəzində “İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
NövbətiƏcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə həbs cəzası verilib