Bakıda bu məhsulların istehsalı artıb

2020-ci ilin yanvar-iyun aylarında Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 669,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə qida məhsullarının istehsalında 8,4 faiz artım, içki istehsalında 6,2 faiz, tütün məmulatlarının istehsalında isə 49,9 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 70,5 faiz, şirin peçenye istehsalı 2,3 dəfə, insanın qidalanması üçün yararlı olan duz istehsalı 7,2 faiz artıb.

ƏvvəlkiAzərbaycan Qarabağa yerləşdirilən ermənilərlə bağlı AŞ-yə müraciət edəcək
NövbətiAzərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin ilk iclası keçirilib